Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

ABŞ Türkiyə şirkətlərini ”qara siyahı”ya salıb

ABŞ-ın Maliyyə Nazirliyi İranın raket sənayesinin inkişafına maddi yardım göstərdiyinə görə, 6 nəfər İran və Türkiyə vətəndaşını və bu ölkələrə məxsus 5 şirkəti ”qara siyahı”ya salıb.

Nazirliyin açıqlamasında bildirilir ki, dəstək İranın raket sistemlərinin inkişafı ilə məşğul olan Aviasiya və Kosmik Sənaye Təşkilatına göstərilib.

2007-2008 illərdə bu təşkilatla 7 milyon dollardan artıq ticarət əməliyyatları aparılıb.

Açıqlamada bildirilir ki, İranın bu təşkilatı polad və alüminium daxil olmaqla müxtəlif metaldan quraşdırılmış məhsullarla təmin olunub.

ABŞ Maliyyə Nazirliyini qeyd edir ki, sanksiyalar tətbiq olunan şəxslər və şirkətlər ilə Amerika şirkət və vətəndaşlarının ticarət əlaqələri qurması qadağan olunur və onların ABŞ banklarındakı bütün aktivləri dondurulacaq.
Maliyyə Nazirliyinin açıqladığı siyahıda iki Türkiyə vətəndaşı və mərkəzi İstanbulda olan üç ticarət müəssisəsinin adı çəkilir.






2 Fevral, 2011  04:00 Baxılıb: 2001 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16