Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Qiymət artımının ciddi fəsadları olacaqmı?

Ekspretlər Tarif Şurasının qərarındakı məntiqsizlikdən danışdılar

3 istiqamətdə artım

Tarif (qiymət) Şurası poçt xidmətlərinin, suyun və dəmiyolunda gedişhaqların qiymətlərini artırmaq barədə qərar qəbul edib. Qərara görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilib.
Sudan xammal kimi istifadə edən istehlakçılar üçün isə tariflər dəyişdirilməyib, hazırki səviyyədə saxlanılıb. Bununla yanaşı, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 m3-dən 5 m3-ə endirilib.
Tarif (qiymət) Şurasının iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxılıb, marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub.
İndiki mərhələdə qiymət artımının ölkədə hansı nəticələrə gətirib çıxaracağı iqtisadçı ekspetlərin təqdimatında.

Xərclər şişirdilir

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu:

- Qiymətlərin artırılması əhalinin gəlirlərinə uyğun deyil. Bu əhalinin xərclərinin artmasına səbəb olacaq. Əgər hökumət xərcləri örtən qiymət siyasəti yürütmək istəyirsə, yaxşı olar ki, həmin sektorda şəffaflığın təmin olunmasına çalışsın. Bir çox sahələrdə xərclərin süni şəkildə şişirdilməsi problemi var və onların qarşısını almaq mümkün olmayıb. Həmin qurumlar hökumətin və əhalinin resurslarından istifadə etməkdə davam edirlər.

“Bunu islahat saymaq olmaz”

Tarif Şurası qiymətləri qaldırmağa əslində əvvəlcədən hazırlaşmışdı. Bilinirdi ki, fevralın 1-də suyun və dəmiryol nəqliyyatında qiymətlər artırılacaq. Mən qiymət artımını hansısa siyasi proseslərlə əlaqələndirmək istəmirəm. Bu qiymət artımı hökumətin nöqteyi-nəzərində islahatdır. Düşünürlər ki, qiymət artımı büdcədəki subsidiyaları azaldacaq. Əgər qiymətlərin artımı xidmətin keyfiyyətinə təsir göstərməyəcəksə bunu islahat saymaq olmaz.


Yanlış siyasət

İqtisadçı Rövşən Ağayev:

- Təbii inhisarçı qurumlara hökumətin yanaşma tərzi fərqlidir. 2007-ci ildə elektrik enerjisi 3 dəfə, 2009-cu ildə isə qazın qiyməti 2 dəfə artırıldı. İndi suyun qiymətini 66 faiz artırdılar. Hökumətin tarifləri artırmaqla bağlı yanaşması olduqca kobud və kəskindir. Qiymətləri birdən-biri iki-üç dəfə artırmaq düzgün deyil.
Hökumət qiymətləri artırarkən heç vaxt əhalinin durumunu nəzərə almayıb. Əhalinin maaşlarının, ünvanlı sosial yardımların, pensiyaların artırılması istiqamətində heç bir addım atılmır. Bunun qarşılığında qiymətləri artırmaq metodu yanlış siyasətdir.

“...Və heç kəs də səsini çıxarmır”

Həmçinin qiymətlərin artırılmasının iqtisadi izahı verilməlidir. Biz bilməliyik ki, ölkənin su təsərrüfatında real xərclər nə qədərdir. Məsələn, bir kub metr su evimizə gəlib çatana qədər nə qədər xərc aparır? “Azərsu” şirkətinin maliyyə hesabatları açıq olmalıdır. Azərbaycan beynəlxalq maliyyə uçotuna keçməlidir. Bu uçotun standartları var. Bu standartlardan biri də odur ki, ildə bir dəfə ictimaiyyətə açıq hesabat verilməlidir. Hökumət deyir ki, su istehsalı ilə bağlı xərclər çoxdur. Amma niyə çox olması bilinmir.
Qiymətlərin artırılmasına komleks islahatların tərkib hissəsi kimi baxılmalıdır. Təbii inhisarçı sektorlarda daxili islahatlar aparılmalıdır.
R.Ağayev bildirir ki, qiymətlər artırılanda xidmətin keyfiyyəti qətiyyən nəzərə alınmır: «Məsələn, elektrik enerjisinin qiymətləri üç dəfə qaldırılandan sonra dəfələrlə olub ki, işıqlar sönsün. Şaxtalı havada elektrik enerjisinin verilişi kəsilir. Təəssüf, əhali hökumətdən keyfiyyətli xidmət tələb etmir. Bununla bağlı şikayət etmək rıçaqları yoxdur. İstehsalçı ilə istehlakçının hüquqları eyni olmalıdır. Bizdə məmurlar yatıb səhəri gün qərar qəbul edirlər. Və heç kəs də səsini çıxarmır.
Cəmiyyətin reaksiyası olmayanda hökumətdə arxayınlıq yaranır. Azərbaycan müxalifəti isə sadəcə başqa ölkələrdə baş verən inqilablardan ilham alırlar. İki ay öncəyə qədər müxalifətin səsi çıxmırdı. Azərbaycan hökuməği üçün ölkədə geniş meydan var və bu meydanda o təkdir. Özünü suda balıq kimi aparır. Ümid edək ki, Azərbaycan hökuməti Misirdə baş verənlərdən ibrət dərsi götürüb, əhalinin narazılığına səbəb olacaq addımlar atmayacaq.

Ruslan XƏLİL






1 Fevral, 2011  18:02 Baxılıb: 2228 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16