ATƏŞKƏS BİR HƏRBİÇİMİZİDƏ ƏLİMİZDƏN ALDI
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələri yanvarın 25-də Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində atəşkəsi pozub. Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1985-ci il təvəllüdlü Məmmədov Zamin Allahverdi oğlu həlak olub.
Z. Məmmədov 2003-cü ildə Babək Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.