Dələduzluq maddəsi ilə axtarışda olan İlyas Qurbanov tutuldu
Bakının Binəqədi rayonunda məsul vəzifədə işləyən polis zabitinin qardaşı cinayət törətdiyinə görə həbs edilib. Rayon Polis İdarəsindən Simsar.az-a verilən məlumata görə, həmin şəxs uzun müddət Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə axtarışda olan İlyas Qurbanovdur.
O, ayrı-ayrı vaxtlarda vətəndaşları müxtəlif üsullarla aldadıb. İşə düzəltmək, ali məktəbə köçürmə proseslərini həyata keçirəcəyini vəd edərək külli miqdarda pul mənimsəyib.
Məlumata görə, İ. Qurbanov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin baş əməliyyat müvəkkili Cavanşir Qurbanovun qardaşıdır. İ. Qurbanovu da məhz elə qardaşı Cavanşir Qurbanov özü həbs edib.