Dini rəhbərlərin fitvası ilə aksiya olub
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Astara məscidində günorta namazından sonra bölgənin dini rəhbərinin fitvası ilə bir qrup dindar şəhər küçələrinə çıxaraq Azərbaycan əleyhinə şüarlar səsləndirməyə başlayıb. Aksiya iştirakçıları orta məktəblərdə hicab qadağasının davam etməsi və bu qadağaya etiraz edən Azərbaycan İslam Partiyası rəhbərləri və dindarlar haqqında həbs qərarının çıxarılmasını pisləyiblər. İştirakçılar “Qadın hicabının götürülməsi İsrail rejiminin planıdır, onun əsas hamisi lənətlənmiş Amerikadır!” və “Azərbaycan ibrət elə, ruhanini azad elə!” şüarları səsləndiriblər.