Keçmiş xanım baş nazirin ittiham olunduğu maddə Cinayət Məcəlləsindən çıxarılmadı
Ukrayna Ali Radası cinayət məcəlləsindən 365-ci maddənin (vəzifə cinayətləri haqqında) çıxarılması haqqında qanun layihəsini dəstəkləməyib.
Simsar.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hal-hazırda bu maddə ilə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko mühakimə edilir.
Səsvermə vaxtı sənədin qəbulu üçün yalnız müxalifətdən olan deputatlar səs veriblər. İclasda iştirak edən 424 deputatın 144-nün sənədin lehinə səs verdiyi bildirilir. Regionlar, Kommunist və Xalq patiyalarının yaratdığı koalisiyaın nümayənədləri səsvermədə iştirak etməyiblər.
Gözlənilirdi ki, Ukrayna hakimiyyəti bu qanun layihəsindən istifadə edərək Timoşenko barəsində həbs qərarını dəyişdirə bilər.