Onlar seçkilərdə iştirak edə biləcək
Səudiyyə Ərəbistanında qadınlara səsvermə və bələdiyyə seçkilərində mübarizə aparmaq hüququ verilib.
Bunu kral Abdulla bəyan edib.
Bundan sonra ölkədə qadınların qanunverici orqan olan Məsləhət Şurası və idarə heyətində iştirakına imkan açılacaq.
Yerli insan haqları fəalları hakimiyyətin bu addımını alqışlayıb.
Amma bu qanun sentyabrın 29-da keçiriləcək bələdiyyə seçkilərindən sonra qüvvəyə minəcək.