Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

Ərdoğan ac somalilərə yardımı əlləri ilə paylayıb

Onlar baş naziri sevgiylə qarşılayıblar

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə“ANA'' ilə Somalinin paytaxtı Mogadişuya səfər edib.

Simsar.az saytının haberturk.com-a istinadən verdiyi xəbərə görə, baş naziri Mogadişu Beynəlxalq hava limanında Somali prezidenti Şeyx Şərif Əhməd rəsmi mərasimlə qarşılayıb. İki ölkənin milli marşlarının oxunmasının ardından baş nazir Ərdoğan mərasim qitəsini salamlayıb.

Somalili uşaqlar Ərdoğana çiçək verərkən, əllərində Türk və Somali bayrağı tutublar. Bununla da baş nazirə öz sevgilərini bildiriblər.

Əksəriyyətinin qadın və uşaqların təşkil etdiyi Somalilərlə söhbət edən baş nazir Ərdoğan, qida məhsullarını Somalilərə paylayıb. Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə düşərgədə qalan Somalilərlə həmsöhbət olub və orada yaşayan qadın və uşaqların problemləri ilə yaxından maraqlanıb.

Dünən körpəsini itirən Somalili qadına baş sağlığı verən baş nazir bildirib ki, bu bölgədə ən qısa zamanda səhra xəstəxanası qurulacaq. O, həmçinin düşərgədə qalan qaçqınların yuyunmaları üçün əraznin su ilə təmin edilməsi barədə tapşırıq verib.

Somalidə Türkiyə sevgisi

Somalidə yaşanan aclıq və ərzaq qıtlığının ardından baş nazir Ərdoğanın paytaxt Mogadişuya ziyarət etməsi çox müsbət qarşılanıb. Somali vətəndaşları Türkiyəyə sevgisini uşaqlarına Türk milli komandasının formasını geyindirməklə göstəriblər.

Somaliyə gedənlərin içərisində Baş nazir Ərdoğan ilə həyat yoldaşı Əminə Ərdoğan, qızı Sümeyyə Ərdoğan, Baş nazir Köməkçisi Bəkir Bozdağ, xarici işlər naziri Əhməd Davudoğlu, Ailə və Sosial Siyasətlər naziri Fatma Şahin, Səhiyyə naziri Rəcəb Akdağ, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Mehdi Eker, AK Partiya Ümumi Başçı Köməkçiləri Ömer Çelik və Nüket Hotar, AK Partiya Qrup Başkanvekili Ayşenur Bahçekapılı, AK Partiya Ümumi Mərkəz Qadın Qolları prezidenti Güldal Akşit və Diyanət İşləri Başçısı Mehmet Görmez də olub.

Aynurə






19 Avqust, 2011  18:23 Baxılıb: 1106 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04