Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

Somalidə analar seçim qarşısında

Onlar zəif uşaqları ölümlə üz-üzə qoyurlar

Simsar.az internet qəzetinin "Zaman"-a istinadən verdiyi xəbərə görə, Somalili analar övladları arasında seçim etməlidirlər: biri yaşamalı, digəri ölümləbaş-başa buraxılmalıdır. Az miqdarda su və qida yalnız bir uşaq üçün yetərlidir.Somalidə aclıq və susuzluqdan qaynaqlanan insanlıq faciəsi davam edir.

Quraqlıq ucbatından öz yurd-yuvalarından çıxaraq yüz kilometrlərlə yol qət etmək məcburiyyətində qalan afrikalılar yaşamaq uğrunda mübarizə aparırlar. Təəssüf ki, bu mübarizə adətən uğursuzluqla nəticələnir.Çox sayıda uşaqları ilə uzaq yola çıxan somalililər çox çətin anlar yaşayırlar. Xüsusilə də somalili analar çətin seçim qarşısındadırlar. Onlar hansı övladlarını ölümlə baş-başa buraxacaqlarına dair qərar verirmək məcburriyyətində qalırlar. Az miqdarda yemək və suyu övladları arasında bölüşdürməkdə çətinlik çəkən analar “hansı uşağın yaşamaq ehtimalı böyükdür?” və ya “hansı uşağı yolda qoyub getmək olar?” kimi sullara cavab axtarırlar.Beynəlxalq Xilasetmə Komitəsinin psixoloqu Con Kivelenq deyir ki, somalili anaların seçimi reallıqdan doğan vəziyyət olsa da, bu, sonradan onların psixologiyalarında çox böyük fəsadlar əmələ gətirəcək. “Əlbəttə, onlar birlikdə oturub ölməyi gözləyə bilməzlər. Ancaq bir ay sonra keçmişə boylananda onlar kabusla üzləşəcəklər. Ölümlə baş-başa qoyduqları övladlarının sifətləri gözlərinin önündən getməyəcək. Bu, onlarda ağır depressiya və travma əmələ gətirəcək”,- psixoloq deyir.Bu gün somalili analar dünyada bir ananın qarşılaşa biləcəyi ən çətin vəziyyətlə üz-üzədirlər. Onlar övladları arasında seçim edirlər: biri yaşamalı, digəri isə ölümlə baş-başa buraxılmalıdır.

Onları buna vadar edən səbəb əllərindəki ərzaq və suyun məhdud miqdarda olmasıdır. Az miqdarda yemək və suyu övladları arasında bölüşdürməkdə çətinlik çəkən analar yaşamaq ehtimalı böyük olan uşaqlarına üstünlük verirlər.“Anadolu” agentliyinin məlumatına görə, Vardo Mahmud Yusif adlı 29 yaşlı qadın bir yaşlı qızını iki həftə boyunca belində daşıyıb. Dörd yaşlı oğlu da piyada onunla gəlib. Müəyyən müddət sonra oğlu taqətsizlikdən yıxılıb. V. M. Yusif oğlunu yolda qoymaq məcburiyyətində qaldığını deyir: “Onu Allaha əmanət etdim və buraxdım. Əminəm ki, o indi həyatdadır. İndi nə vaxt onun yaşında bir uşaq görsəm, halım pisləşir”.Fatma Sakov Abdullahi adlı somalili qadın da qucağındakı körpəsi, eləcə də iki, üç, dörd və beş yaşlarındakı beş övladı ilə quraqlıqdan qaçanlardandır.

Yarı yolda yorğunluqlarını çıxarmaq üçün bir yerdə oturublar. Ancaq 4 və 5 yaşlı uşaqları yerlərindən qalxa bilməyib. Abdullahi isə yanında götürdüyü 5 litrlik suyu ölməkdə olan uşaqlarına verməyə əli gəlməyib: “Heç olmasa digər övladlarımı xilas edə bilərdim. Ayağa durub bir neçə addım atdım. Sonra geri döndüm. Yaşayacaqlarından ümidimi kəsmişdim. Nəhayət onları bir ağacın altında qoyub digər uşaqlarımı götürüb getdim”,- Abdullahi deyir.Son üç ayda Somalidə 29 min uşaq aclıq və susuzluqdan, həmçinin ağır xəstəliklərdən dünyasını dəyişib. Taqətsizlikdən gəzə bilmədiyi üçün səhrada ölümlə baş-başa buraxılan çox sayda uşağın olduğu bildirilir.






16 Avqust, 2011  16:51 Baxılıb: 1086 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04