Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

ZAKİR QARALOV RUSİYA İSTİNTAQ KOMİTƏSİNİN SƏDRİ İLƏ GÖRÜŞÜB

Zakir Qaralov Azərbaycanda səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Z.Qaralov Azərbaycanın son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. Aleksandr Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri və həmin səfər çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətləri qonaqların diqqətinə çatdıran Z. Qaralov həmin görüşün məntiqi nəticəsi kimi 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.


Ölkəsinin Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin iki ölkənin istintaq orqanları arasında hüquqi sahədə əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, müvafiq sahələr üzrə qarşılıqlı səmərəli əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildirib.


Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.






15 Avqust, 2011  23:42 Baxılıb: 1128 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04