“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisinin vəzifəsindən azad edildiyi bildirilir. Simsar.az xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb. Bildirilib ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb. “Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. “Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib”, - sayt yazır.