Bakıda “Boranı” restoranında yanğın başlayıb. Hadisə restoranlar şəbəkəsinin “Əhmədli” metro stansiyası yaxınlığında olan filialında qeydə alınıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğındansöndürən texnikası cəlb olunub.FHN-dən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: “Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək”.