Əməkdar artist Fərqanə Qasımova adından dələduzluq edilib. Simsar.az xəbər verir ki, xanəndə adından istifadə edərək yaxınlarından pul istədiklərini vurğulayıb və tanışlarını buna inanmamağa səsləyib: "Mənim adımdan pul istəyirlər, xahiş edirəm, diqqətli olun. İndi də mənim adıma keçiblər. Bilin ki, mən deyiləm". Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Sənubər İsgəndərli, rəqqasələr Rəna Ağamuradova (Renka), Fatimə Fətəliyeva, aparıclar Mətanət Əliverdiyeva, İlkin Həsəni, Tarix Əliyev (Tolik), aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib. Onu da qeyd edək ki, daha əvvəl Fərqanə Qasımova özü dələduzların qurbanı olub.