«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Moskva-Bakı marşrutu ilə yerinə yetirlən reyslər üzrə xüsusi aksiya keçirir
AZAL-dan verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar olaraq, Bakı-Moskva-Bakı istiqaməti üzrə aviabiletlər 203 manatdan, Bakı-Moskva marşrutu üzrə biletlər isə 109 manatdan başlayan qiymətlərlə satışa çıxarılıb.
Bundan öncə AZAL-da Bakı-Moskva-Bakı marşrutu üzrə bir aviabiletin minimal qiyməti 260 manat, Bakı-Moskva istiqaməti üzrə isə 140 manat olub.
Qeyd edək ki, hazırda sözügedən marşrut üzrə uçuşları Rusiyanın «Aeroflot» aviaşirkəti də yerinə yetirir. «Aeroflot»un Bakı ofisindənverilən məlumata görə, hazırda Bakı-Moskva-Bakı istiqaməti üzrə bir aviabiletin minimal qiyməti 250 manat, bir istiqamətə isə 140 manat təşkil edir.
apa
DİGƏR XƏBƏRLƏR