Belçika Fələstini tanıyacaq
Belçika BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstini tanıyacaq və İsrailə qarşı sanksiyalar tətbiq edəcək. Simsar.az xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Maksim Prevo “X” sosial şəbəkı hesabında məlumat verib. “Belçika BMT-nin sessiyasında Fələstini tanıyacaq. İsrail hakimiyyətinə qarşı sərt sanksiyalar tətbiq olunacaq. HƏMAS tərəfindən antisemitizmin hər hansı təzahürü və terroru tərifləməsi qətiyyətlə pislənəcək”, - XİN rəhbəri bildirib. O, həmçinin Belçikanın Fransa və Səudiyyə Ərəbistanı nın birgə təşəbbüsü çərçivəsində Fələstin dövlətini tanımaq niyyətində olduğunu qeyd edib. Belçikanın xarici işlər naziri əlavə edib ki, İsrailə qarşı sanksiyalara İsrail yaşayış məntəqələrindən idxalln qadağ edilməsi, İsrail şirkətlərindən dövlət satınalma siyasətinə yenidən baxılması, bir sıra insanların Belçika ərazisi üzərindən uçuşlarına məhdudiyyətlər qoyulması daxildir. Bundan əlavə, Prevonun məlumatına görə, Belçika bir sıra İsrail nazirlərini və HƏMAS liderlərini “persona non qrato” elan edəcək.