O, düvrünün ən görkəmli nümayəndəsi hesab olunur
Bu gün alman bəstəkarı İohan Sebastian Baxın doğum günüdür. 1685-ci ildə anadan olan bəstəkar və orqan musiqiçisi İ.S.Bax Barokko dövrünün ən görkəmli nümayəndəsi hesab olunur. Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində dünyaya gələn Bax hələ uşaq ikən atası ona skripka və klavesində ifa etməyi öyrədir. Baxın əmilərinin hamısı peşəkar musiqiçilər idi. Ona görə də, Bax onlardan orqan ifaçılığının incəliklərini öyrənə bilir. Ailəsinin musiqi nailiyyətləri ilə fəxr edən bəstəkar sonralar (1735-ci ildə) özünün "Musiqiçi Bax ailəsinin mənşəyi" adlı əsərini yazır. 1703-cü ilin yanvar ayında – təhsilini başa vurduqdan az sonra Bax, Türingiyanın böyük şəhərlərindən biri olan Veymar şəhərində Hersoq İohann Ernstin saray musiqiçisi postuna təyin olunur. 1703-cü ilin avqust ayında Bax Müqəddəs Bonafes kilsəsində orqan ifaçısı kimi işləməyə razılaşır. 1708-ci ildə Bax Veymara gedir və burada onun orqanda ifa və əsərlər bəstələmək və hersoqun ansamblı ilə müxtəlif konsert repertuarlarında ifa etmək kimi geniş imkanları olur. Kontrapunkt texnikasının ustası olan Bax fuqalarını məhz Veymarda yazmağa başlayır. Anhalt-Köthen şahzadəsi Baxı kapelmesyter vəzifəsinə dəvət edir. Özü də musiqçi olan şahzadə Leopold Baxın istedadını dəyərləndirir, ona yüksək maaş təyin edir.
1720-ci ilin 7 iylunda Bax şahzadə Leopolda xarici səfərdə olduğu müddətdə həyat yoldaşı Mariya Barbara qəflətən vəfat edir. Növbəti il Bax Köthen sarayının istedadlı sopranosu, özündən 17 yaş kişik olan Anna Magdalena Vilklə tanış olur və 1721-ci ilin 3 dekbrında evlənir. Bax daha 13 uşaq atası olur, lakin bunlardan yalnız 6-sı sağ qalır.
1723-cü ildə Bax Leypsiqdə Thomaskirche (Müqəddəs Tomas lüteran kilsəsi ) yaxınlığındakı Thomasschule-nin (Müqəddəs Tomas məktəbi) kantoru, eləcə də şəhərdəki bütün əsas kilsələrin musiqi direktoru vəzifəsinə təyin olunur. Ömrünün sonlarına yaxın gözləri zəifləyən Bax 1750-ci il iyulun 28-də uğursuz göz əməliyyatı səbəbilə vəfat edir. Baxın tamamlamış olduğu sonuncu əsəri ölüm yatağında ikən kürəkəni İohann Altnikola diqtə etmiş olduğu orqan üçün xor prelüdası olub. Onun var-dövləti 1159 taler civarında dəyərləndirilir. Bundan elavə 5 klavesin, 2 lüte-klavesin, 3 skipka, 3 alt, 2 violençel, 1 viola de qamba, 1 lütnya, 1 spinet, 52 "Müqəddəs Kitab" ( kitablarən əksaəriyyəti Martin Lüter, Müller və Pfiferin kitabları idi, eləcə də Josefiusun "Yəhudilərin tarixi" və Vagnerin "Leypsiq mahnıları" kitabı) da var-dövlətinə daxil idi. Bax bütövlükdə 1000-dən artıq musiqi əsəri bəstələyib. Baxın Lüteran təriqətilə sıx bağlılığı və yaşadığı dövrdə dini müsuqiyə olan tələbat səbəbindən yaratdığı dini musiqilər, ələxüsus Lüteran xor himn nəğmələri onun yaradıcılığının əsas hissəni təşkil edir.
İ. S. Baxın əsərləri Bach Werke Verzeichnis (BWV – Baxın əsərlərindən ibarət kataloq) rəqəmləri ilə indeksləşdirlib. Bu kataloq Volfqanq Şmeyder tərəfindən tərtib edilərək, 1950-ci ildə ronoloji deyil, tematik ardıcıllıqla tərtib edilib.
DİGƏR XƏBƏRLƏR