Türkiyənin tanınmış pop ulduzu Tarkan 1972-ci ildə Almaniyanın Frankfurt yaxınlarındakı Alzey qəsəbəsində anadan olub.
Atası Ali Tevetoğlunun qərarıyla 13 yaşında KaramürseldəKlassik Türk Musiqisi üzrə təhsil almağa başlayıb. Karamürsel Liseyini bitirdikdən sonra Karamürsel Musiqi Cəmiyyətində ardından da Üsküdar Musiqi Cəmiyyətində musiqi savadını alıb.
1991-1999- cu illər əzrzində yoldaşı Alpay Aydın sayəsində İstanbul Val sahibi və prodüser Məmməd Söğütoğlu ilə tanış olub. 1992-ci ilin sonunda İstanbul Val ilə imzaladığı razılaşma nəticəsində, ilk albomu Yenə Sənsiz Türkiyədə bazara çıxarılıb. Bu albomun ilk mahnısı olan Kıl Oldum çox qısa müddətdə dinləyənlərin marağını çəkərək məşhur məkanlarda çalınıb.. Yenə Sənsiz adlı albomunu 900 min tirajla satılandan sonra Tarkan ölkədə tanınıb. 1994-cü ilin Mayında Sezen Aksunun yardımı ilə Acayipsin albomunu çıxaran Tarkan müvəffəqiyyətini davam etdirib. Bu albom ilə Türkiyə və Avropada 24 konsert verib. Bu konsertlərin 25-cisi Türkiyədə reallaşdırılan ən böyük sponsorlu turne konsertləri olub. Bu təxminən 10 min tamaşaçı ilə görüşdürən stadion konsertləri idi. Sənətçinin karyerasındakı ən böyük dönüş yaradan albom 2,5 milyona yaxın satıldı. Avropada da satış 950 min rəqəminə çatıb.
Bunun ardından dil təhsili almaq üzrə Nyu-Yorka getdi. Bu dövrdə tanış olduğu məşhur Amerikan prodüser Əhməd Ertegün və Atlantic Recordsla yeni proyektlər üzərində işə başladı. O dövrün ən əhəmiyyətli ulduzlarını ortaya çıxaran menecer Əhməd San və Ertegün ilə 1995-ci ildə müqavilə imzaladı. 1994-1997 illəri arasında İsveçrə, Hollandiya, İngiltərə və Almaniyada cəmi 12 şəhəri əhatə edən 3 böyük Avropa turnesinə çıxdı. 1995-ci ildə New York Palladiumda verdiyi konsert, Türkiyə efirində canlı yayımlandı. 1997-ci ilin İyulunda üçüncü albomu '''Ölərəm Sənə''' rekord satışlarını qırıb Türkiyədə 2,5 milyon ədəd satıldı. Həmən il öz musiqi şirkətini HITT İstehsalı qurdu, 1998-ci ildə Walt Disneyin 35 uzun metrajlı filmi olan Herkülün baş xarakterini Türkcə səsləndirdi. Bununla yanaşı Filmin musiqilərindən "Yolumdayam"ı səsləndirdi.
Tarkan bir-birinin ardınca maraqlı albomlarla fanatlarını sevindirib.
DİGƏR XƏBƏRLƏR