.
Koreya əlifbası kimi tanınan “Hanqıl əlifbası”nın quruluş günü Cənubi Koreyada rəsmi tətil elan olunub. Simsar.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Şimali və Cənubi Koreyada həmçinin Çinin bəzi şəhərlərində istifadə edilən Hanqıl əlifbasının yarandığı 9 oktyabr tarixi rəsmi tətil kimi qəbul edilib. Bununla bağlı Cənubi Koreyanın Daxili İşlər Nazirliyi də açıqlama verib. Açıqlamada 1991-ci ildə rəsmi tətil siyahısından çıxarılan Hanqıl gününün təkrar bayram olmasını Cənubi Koreya Məclisinin də təsdiq etdiyi bildirilib.
İlknur Salamova
DİGƏR XƏBƏRLƏR