Amerikada təhsil alan azərbaycanlı Turan Əhmədovdan qürurverici addım
ABŞ - ın Pennylvania State University - də təhsil alan azərbaycanlı tələbə Turan Əhmədov qürurverici addım atıb. Belə ki, bu günlərdə məzun olan həmyerlimiz, universitetin tarixdə yaşanan ən dəhşətli hadisə mövzusunda verilən tağşırığında Xocalı Faciəsini işıqlandırıb. Turan Əhmədovun Xocalı faciəsi haqqında hazırladığı karikatur material birincilik qazanıb. Simsar.az -a bu barədə danışan həmyerlimiz bildirib ki, mövzu olaraq Xocalı faciəsini seçməkdə məqsədi, unuversitetdə təhsil alan tələbələri eyni zamanda orada çalışan müəllimləri bu dəhşətli hadisə barədə məlumatlandırmaq olub. T.Əhmədovun hazırladığı material universitetdə çap olunan kitabın ön səhifəsində yerləşdirilib və kollektivə təqdim olunub.