Tanınmış aparıcı əlamətdar günü ən yaxın dostları ilə bir arada qeyd etdi
Ötən gün ölkənin tanınmış tele-radio aparıcısı Səxavət Nur ömrünün 33-cü ilinə “hələlik” dedi. Öz daxili mədəniyyəti ilə aparıcılar arasında seçilib sevilən Səxavət bəy bu münasibətlə ən yaxın dostlarını bir araya topladı. Paytaxtda yerləşən istirahət məkanlarının birində düzənlənən “33-ı hələlik” adlı ad günü partisində dostlarla bərabər şou aləminin tanınmış simaları da iştirak etdilər. Onların sırasında müğənnilər Faiq Ağayev, Aybəniz Haşımova, Zamiq, Sevda Yəhyayeva, Xəyyam Nisanov, Nadir Qafarzadə, Ramal İsrafilov, Seyran İsmayılxanov, Aynişan Quliyeva, Günay İbrahimli, Elgün Hüseynov, həmkarları Zaur Kamal, Murad Arif, Rüfət Ağayev və başqaları vardı. Partidə iştirak edən qonaqlar səbəbkarın şəninə təriflər yağdırır, onun kimi səmimi insanla dostluq etdiklərindən qürur duyduqlarını dilə gətirirdilər. Şən əhval-ruhiyyədə keçən parti gecəyədək davam edib. Həmin gün bütün nəğmələr Səxavət Nurun şərəfinə səslənib.
Qeyd edək ki, Səxavət Nur 10 ildən artıqdır tele-radio aparıcısı kimi fəaliyyət göstərir. Yaradıcılığına Samanyolu kanalından başlayıb. Daha sonra Burç FM, Lider TV, AzTV, Mədəniyyət kanalı, Xəzər TV-də aparıcı kimi fəaliyyət göstərib. Öz daxili mədəniyyətini sənətinə də sirayət edən Səxavət bəy bu günədək təqdim etdiyi verirlişlərlə tamaşaçı və dinləyici rəğbəti qazanıb. Hazırda Araz FM-də fəaliyyət göstərir. Araz FM və Xəzər TV-də təqdim olan “İmza: MƏN” verilişinin yaradıcısı və aparıcısıdır.
Hörmətli tele-radio aparıcımızı təbrik edir, sənətində və şəxsi həyatında uğurlar diləyirik.
Azər
DİGƏR XƏBƏRLƏR