“Qanunvericilik qanunu pozan və polisə müqavimət göstərən şəxsə qarşı güc tətbiqini qadağan etmir”
“Youtube” sosial şəbəkəsində Dövlət Yol Polisi əməkdaşlarının sürücüyə qarşı güc tətbiq etmələri ilə bağlı video yayılıb.
Olayın 2012-ci ilin yayında Ucar rayonunda baş verdiyi qeyd olunur.
Videogörüntü qısa müddətdə ölkənin aparıcı saytlarında, sosial şəbəkələrdə yayılıb.
Simsar.az məlum görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin münasibətini öyrənib.
“Bu gün səhər videoya baxmışam. Araşdırma aparılacaq. Qanunvericilik yol polisinin qanunu pozan və müqavimət göstərən şəxsə qarşı güc tətbiq etməsini qadağan etmir. Görüntülərdə vətəndaşın hansı əməllər törətdiyi göstərilmir. Bəlkə şəxs cinayət törədib? Bunu dəqiq deyə bilmərəm. Amma polisə müqavimət göstərməsi aydın görünür”- deyə, şöbə rəisi qeyd edib.
Azyaşlı uşaqların gözü qarşısında yol polisinin vətəndaşa qarşı zor tətbiq etməsinin doğura biləcəyi psixoloji təsirlərə gəlincə K.Əliyev bildirdi ki, bu barədə danışmaq onun üçün çətindi: “Bir daha qeyd edirəm, bəlkə şəxs elə bir əmələ yol verib ki, polis ona güc tətbiq etməyə məcbur olub? Araşdırma aparıldıqdan sonra ictimaiyyətə daha ətraflı məlumat verəcəyik”.
RUSLAN
DİGƏR XƏBƏRLƏR