.
Xəbər verdiyimiz kimi İtaliyada 2012-ci ilin ən yaxşı qadın voleybolçularını seçmək üçün keçirilən səsvermə başa çatıb. Respondentlər 6 nominasiya üzrə dünyanın ən güclü oyunçularını müəyyənləşdiriblər. Qaliblər arasında ötən mövsüm “Azərreyl”də oynayan, bu il “İqtisadçı”nın şərəfini qoruyan Nutsara Tomkom da yer alıb. Tailandlı legioner oxucuların 77 faiz səsini toplayaraq, dünyanın ən yaxşı toppaylayıcısı seçilib.
Ən yaxşı liberoların siyahısında isə “Rabitə”nin üzvü Brenda Kassillo da var. O, 45 faiz səslə ikinci yeri tutub.
Nəticələrə münasibət öyrənmək üçün Azərbaycan Voleybol Federasiyası mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova ilə əlaqə saxladıq: “Tailandlı idmançımız Nutsara Tomkomun bu uğuru və eləcə də Brendanın ikinciliyi bizi çox sevindirir. Təsəvvür edin ki, dünyada və Avropada o qədər liqalar ola-ola, dünyanın ən yaxşıları məhz bizim çempionatda oynayır. Bu özü Azərbaycan Preymer liqasının səviyyəsini ortaya qoyur. “İqtisadçı”, “Azərreyl”, “Rabitə” və digər qitə səviyyəli turnirlərdə çıxış edən klublarımız da həmişə çalışırlar ki, səviyyəli, bacarıqlı idmançılarla milli çempionatımızı gücləndirsinlər.”
Akşin İbrahimi
DİGƏR XƏBƏRLƏR