.
Aparılan yeni araşdırmaların nəticələri, karbondioksidin artım səbəbiylə Şimal Buzlu okeanının duzluluq nisbətinin artdığını göstərib. Simsar.az-ın ntvmsnbc.com-a istinadən verdiyi məlumata görə, Beynəlxalq İqlim və Ətraf mühit Araşdırmaları Mərkəzinin elm adamları okeanın kimyəvi quruluşunda dəyişikliklər olduğunu müəyyənləşdiriblər.
Mütəxəssislər, karbondioksidin diffuziyasının bu andan etibarən kəsilməsi halında belə, Şimal Buzlu okeanın suyunun əvvəlki vəziyyətinə qayıtmasının on minlərlə il vaxt alacağını bildiriblər.
Sudakı dəyişikliklərin ticari dəyəri yüksək olan balıq növləri ilə yanaşı digər dəniz canlılarının da təsirlənəcəyi qeyd edilib.
İlknur Salamova
DİGƏR XƏBƏRLƏR