ю
Müğənni Pərvin Lətifov digər həmkarlarından fərqli olaraq yaya lirik notlarla qədəm qoyacaq. Başqa həmkarları yeni mövsümdə repertuarlarına dinamik mahnılar daxil edib, insanları əyləndirib coşdurmağa niyyətli olarkən Pərvin bunun tam əksini edəcək. Müğənni yayda insanlara yeni lirik mahnısı ilə romantik anlar yaşatmağı üstün tutub. Buna görə də o, sözləri və musiqisi Ramal İsrafilova aid “İncitmə məni” adlı mahnıya müraciət edib. Pərvin yeni mahnısının dinləyicilər tərəfindən rəğbətlə qarşılanacağına əmindir. Mahnı yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək. Gözləyək...
Azər
DİGƏR XƏBƏRLƏR