.
Təhsil Nazirliyi rəsmi “Facebook” səhifəsində vətəndaşların sualları cavablandırılarkən hazırkı qanunvericiliyin saxta təhsil sənədi ilə işləməyin mümkünsüz olduğu bildirilib. Simsar.az xəbər verir ki, cavablarda müəllimin saxta sənədlə işləməsi yolverilməz hal kimi qeyd olunub. Həmçinin magistraturada əyani təhsil alanlar müəllim işləyə bilməzlər. Azərbaycanda əmək qanunvericiliyi işinin öhdəsindən gəlməyən, vəzifə funksiyalarını yüksək səviyyədə yerinə yetirməyən işçilərin, o cümlədən müəllimlərin işdən azad edilməsinə yol verir.
Bəzi müəllimlərə valideynləri məcbur edərək onların övladlarına pul müqabilində əlavə dərs keçməsinin anti-pedaqoji hərəkət olduğu haqda xəbərdarlıq edilib. “Təhsil haqqında” qanunun 19.18-ci bəndinə görə, dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olduğunu iddia etmək isə obyektivlikdən uzaqdır”. Nazirlikdən, müasir tələblərə cavab verməyən məktəblərin olduğu onların fəaliyyətinin araşdırılacağı və müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR