.
Simsar.az sizə Ramazan ayı boyunca hər günün duasını çatdıracaq, İslamın fəzilətləri və vacib əməlləri barədə söhbət açacaq. Suallarımızı ilahiyyatçı, meneviyyat.az saytının redaktoru Rövşən Məmmədov cavablandırır.
Bu gün orucluğun iyirmi üçüncü günüdür. Bu münasibətlə sizə Ramazan ayının 23-cü gününün duasını təqdim edirik:
Əlləhumməğsilni fihi minəz-zunubi və təhhirni fihi minəl uyubi. Vəmtəhin qəlbi fihi bitəqvəl-qulubi ya muqilə əsəratil-muznibin.
İlahi, bu gün mənim günahlarımı təmizləyib çirkin və eyibli işlərdən pak et. Mənim qəlbimi belə bir gündə qəlblərə aid olan təqva ilə imtahan et ey günahkarların tövbəsini qəbul edən!
Mövzu: Duanın gücü
“Dua qədəri dəyişdirir. İnsan yol getdikdə mütləq çıxarıb sədəqəsini verməli, Allaha (c.c) şükür etməlidir. Yol boyu başımıza gələcək hər tipli qəzadan Allaha(c.c) sığınmaq lazımdır. Allah (c.c) hər cür qorxudan, şərdən qoruyar. Duanın gücü çox böyükdür. Insan dua etdikcə Allaha(c.c) daha yaxın olur. Yaradan öz qulunu dua edərkən daha çox sevir. Allah(c.c) mərhəmətli və lütfkardır, ancaq insan şükrsüzdür. Məsələn, bir qənd qabı istəyərsən, qismətinə başqa bir qənd qabı çıxar. Şükrsüzlük ucbatından həmin qənd qabını bəyənmirsənsə, axırda yenə gəlib o qənd qabıya möhtac olursan. Bəzən insan birinə könül bağlayır. Bunu dörd əllə tutur, dua edir. Həmin arzu yerinə yetməyəndə insan ümidsizləşir. Ancaq zamanla deyirsən ki, nə yaxşı ki, Allah(c.c) qismət etməyib.
İnsan arzularına bərk sarılmalıdır. Ancaq hər zaman xeyirlisi demək lazımdır. Hər hansı diləyiniz yerinə yetmirsə, ya belə bir şeyin baş verməsi xeyirli deyil, ya da onun əvəzinə daha xeyirlisi olacaq. Allah(c.c) hər şeyi ən yaxşı biləndir”.
Turanə Zeynallı
Aqşin İbrahimi
DİGƏR XƏBƏRLƏR