/./
Simsar.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin( İTV) Gənclər, Elm və Təhsil Departamenti direktoru Cəsarət Valehov işdən qovulub. AzNews.az-ın əldə etdiyi məlumata görə, departament rəhbəri işdə yol verdiyi nöqsanlara görə kanal rəhbərliyinin qəzəbinə tuş gəlib və əmri verilib.
Xatırladaq ki, bir neçə gün öncə eyni departamentin rəhbər müavini Ruhəngiz Mehmanqızı da kanalda tutduğu vəzifəsindən azad edilib. Dünən məsələ ilə bağlı İTV-nin yaydığı bəyanatda deyilirdi ki, R. Mehmanqızı işdən çıxarılması səbəblərini üç gün departament direktorunun icazəsi əsasında işə çıxmamağı ilə əlaqələndirib. Əslində isə məsələ tamam başqa cür olub: “Xanım jurnalist bu il mayın 25-dən 29-dək heç bir icazə və ezamiyyə sənədləri olmadan ölkə ərazisini tərk etmiş, Gürcüstana getmişdir. Gürcüstan səfəri iyulun 13-dən 20-dək yenidən təkrarlanıb”.
Simsar.az
DİGƏR XƏBƏRLƏR