.
Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olub. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Mərkəzi Asiyanın böyük hissəsini öyrənib. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazıb. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır.
Əl-Biruni "Nihâyâtü'l-Emâkin" adlı əsərində yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu söyləyib. Bunu Kopernikdən 500 il əvvəl söyləyib. Koperniklə başlayan müasir astranomiya və fizikanın təməllərini atıb. Dünyanın bir çox ölkələri, şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərib. Ömrünün sonuna yaxın yazdığı "Kitâbü’l-Camahir fi Marifeti'l-Cevahir" kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat verib. Əl-Biruni cisimlərin sıxlığını təyin edən cihaz düzəldir və "Xüsusi çəki" kitabında onu təsvir edir. Bu xüsusi qab olub, içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulub. O, cihazın dəqiq hazırlanmasına səy göstərib. Əl-Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir cihazın köməyi ilə suyun soyuq və isti hallarda, şirin və duzlu suların xüsusi cəkilərini təyin edərək göstərib. Suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur.
Biruninin Gürgəncdə yazdığı "Müqayisəli çəki" adlı kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirib. İbn Sina substansiyaların transmutasiyası üzrə də elmi tədqiqatlar aparıb. Bunların nəticələrini o, "İksir haqqında elmi əsər"ində ("Risolat əl-İksir") təsvir edib. Məlum olduğu kimi, bu kitab 1005-ci ildə Xarəzmdə yazılıb.
Biruni 994-cü ildə Amu Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü dəqiq təyin edib. 995-ci ildə Biruni Yer kürəsinin modelini hazırlamağa başladı. Və nail oldu. Bu, Şərqin birinci relyefli qlobusu idi.
Böyük alim 1048-ci ildə, 75 yaşında vəfat edib.
Turanə
DİGƏR XƏBƏRLƏR