.
Tanınmış tele-radio aparıcısı Səxavət Nur bundan sonra efirlərdə həm də aktyor kimi görünəcək. Bəlli olduğu kimi “Kaspi Global”ın ərsəyə gətirdiyi “Çaqqal nəfəsi” serialında aparıcı ilk dəfə özünü aktyor kimi sınayıb və əsas qəhrəmanlardan olan Eldar obrazını yaradıb. Çəkilişləri bitən serial bu günlərdə efirdə start götürəcək. Dövlət sifarişi ilə yazıçı-dramaturq İlqar Fəhminin "Çaqqal nəfəsi" əsəri əsasında ekranlaşdırılmış serialda oynaması üçün aparıcını serialın rejissoru, əslən Cənubi Azərbaycandan olan soydaşımız Babək Şirinsifət dəvət edib. Rejissor aparıcını görən kimi “Eldarı canlandıracaq tip məhz budur”-deyə, aprıcıya rolu oynaması üçün təklif edib. O da işlərinin çox olmasına baxmayaraq, məmnuniyyətlə təklifi qəbul edib.
Çəkilişləri bitən serialın efirdə yayımlanmasını digər yaradıcı heyət kimi Səxavət Nur özü də səbirsizliklə gözləyir. Qeyd edək ki, hələ serial efirə getməmiş aparıcı yeni serial və filmlərdə oynaması üçün digər rol təklifləri alır. Amma qəbul etmək üçün hələ ki, tələsmir.
Bu arada-Səxavət Nur özünü ciddi şəkildə idmana həsr edib. Ağır atletika ilə məşğul olan aparıcı bədən formasını daha da gözəgəlimli etmək niyyəti ilə tez-tez məşq zalına baş çəkir. Nur yeni mövsümdə efirə daha da yaraşıqlı formada çıxaraq deyəsən hamını yaxşı mənada şoka salmaq niyyətindədir...
Azər
DİGƏR XƏBƏRLƏR