k
Bu gün Simsar.az-a azercell-in müştəri aldatması ilə bağlı məlumat daxil olub. Məlumat verən şəxs bildirir ki, Azercell-dən ona aşağıdakı məzmunda məktub gəlib.
“Hörmətli abunəçi 30.09.2013 tarixinde Salam, Bolgem kampaniyası bitir”
Ardınca isə:
“Bölgelerde xüsusi tarifden yararlan! Hər tərəfə 1 deq=5 qep! Ustelik, sebekedexaili 3-cu deqiqeden sonra 0 qep. BOLGE yaz, 7575-e gonder. Etraflı www.azercell.com
Şikayətçi bu məzmunda məktub aldıqdan sonra, BOLGE yazıb, 7575-ə mesaj göndərib.
Azercell-in göndərdiyi cavab mesajı isə belə olub.
“BOLGE tarifine qosuldunuz! Baki ve Abseron 1deq=10qep. Bolgeler 1deq=5qep ve 3-cu deq sonra pulsuz. Tarifde bezi kampaniyalar aktiv deyil. Etrafli: www.azercell.com”
Burada əsas məqam Azercell-in göndərdiyi mesajdakı yalançı reklamdır. Əgər bu məlumat Bakı və Abşeron ərazisindəkilərə şamil deyilsə, nə üçün göndərilən ilk mesajda bu barədə məlumat verilmir? Yoxsa operatorların dediyi kimi, Abşeron ərazisi Azərbaycan Respublikasının bölgəsi deyil?! Bəs nə yaxşı orta məktəb dərsliklərində bu öz əksini tapmır?!
Məsələ ilə bağlı Azercell-in mətbuat xidmətinə zəng etməyə çalışsaq da 4967007-dən mətbuat xidməti burda deyil cavabı verdilər. Azercell-in operatoru isə Azərbaycan dili müəllimliyi etməyə çalışdı. Ancaq operatorları Azərbaycan dili müəllimliyi etməyə çalışan şirkət nədənsə mesajları Azərbaycan dilinin orfoqrafik və qrammatik qayda-qanununa uyğun yazmağı bacarmır.
Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə müraciə etsək də, yazılı məlumat istədilər. Əslində bunu nazirlikdəkilər də yaxşı bilir. Ancaq tədbir görmək lazım gələndə sakitcə yerlərində otururlar.
Müştərinin “mənə reklam tipli mesaj göndərməyin, yoxsa sizi məhkəməyə verəcəm” – sözlərinin da cavabı gecikməyib. Azercell növbəti mesajını göndərib.
“Siz Viktorinada istirak ucun secildiniz. Gundelik 100 AZN, heftelik 500 AZN, ayliq 5000 AZN ve final hediyye VW Tiguan! Ele indi DAV yazib 7500 gonderin”.
Bu dəfə də də 7500-a göndərləcək mesajın qiyməti öz əksini tapmayıb.
Qeyd edək ki, Azərbacaycan Respublikasının “Reklam haqqında qanunda” “Aldadıcı reklamdan istifadə”yə görə məsuliyyətə cəlb olunma var. Ancaq bunu kimə deyəsən?..
Azercell bu yollarla müştərilərini soymaqla məşğul olur. 7575-ə göndərilən hər mesaj üçün 3-qəpik tutulur. Digər nömrələrə göndərilən mesajlardan isə daha çox pul tutulur. Bu sizə xırda görünə bilər. Ancaq Azərbaycanda 4 milyon müştəridən oğurlanan qəpiklər heç də az pul deyil. Xatırladaq ki, bundan öncə də gənc yazar Əhməd Şahidov Azercell-in internet fırıldağının üstünü açsa da Şirkət heç bir cavab verə bilmədi.
Simsar.az
DİGƏR XƏBƏRLƏR