.
İlham Mirzəyevin imkansız ailələrlə görüşü davam edir. Şəhid və itkin düşənlərin ailələri teleaparıcı, psixoloq-alim İlham Mirzəyev ilə şəxsən görüşmək istəyiblər. Simsar.az xəbər verir ki, Şüvəlan və Buzovnada yaşayan ailələrlə görüş keçirən İ. Mirzəyev ailələrin təklifi ilə onların evlərinə gedib. Fizuli rayonunda şəhid düşən Nəsibov Mehmanın ailəsinin qonağı olan teleaparıcı evdəki şəraitsizliyi görüb onlara lazım olan ev əşyaları hədiyyə edib. Baş çəkdiyi ikinci evdə cəbhədə kontuziya alan və ailənin yeganə övladı olan gəncin müalicə xərclərini ödəyib.
O, həmçinin beyin əməliyyatı keçirməli olan bir şəxsin əməliyyat xərclərini, 8 yaşlı uşağın psixoloji müayinəsini öz üzərinə götürüb.
Qeyd edək ki, psixoloq-alimin şəhid və itkin düşənlərin ailələri ilə keçirdiyi ilk görüş deyil. Həmin görüşlər prezident seçkilərində İlham Əliyevə dəstək kompaniyası çərçivəsində baş tutur.
Simsar.az
DİGƏR XƏBƏRLƏR