“Amerika təhsil sahəsində daim Azərbaycana yardım etməyə hazırdır”
Amerika və Azərbaycan arasında təhsil sahəsində qurulan yeniliklər barəsində ABŞ-ın Azərbaycandakı səfirliyi Simsar.az-a açıqlama verib. Məlumata qeyd edilir ki, “Amerika Birləşmiş Ştatları təhsil sahəsində Azərbaycana yardım etməyə hazırdır. Bizim bir sıra mübadilə proqramlarına (Fulbright, FLEX, SUSI, TEA, Humphrey, Franklin və s.) əlavə olaraq, biz ABŞ müəllimləri tərəfindən tədris edilən onlayn yazı kursu, ingilis dili müəllimləri üçün onlayn kurs, seminarlar və mühazirələr silsiləsi təklif edirik. Biz həmçinin hər təhsil ilində Bakı institutlarına dərs demək üçün dörd ingilis dili üzrə müəllim köməkçisi göndəririk”.
Səfirlik rəmisi bildirib ki, “ingilis dili mütəxəssisləri hər il Azərbaycanda bir neçə həftə keçirməklə tələbələrə və öz həmkarları müəllimlərə treninqlər keçirlər. Fulbrayt mütəxəssisləri ehtiyac duyulan sahələrdə öz yardımlarını göstərmək üçün dəvət olunurlar. Bizim onlayn saytlarımız da ingilis dili dərsləri və söhbət klubları üçün vəsaitlər işləyib hazırlayır və onları virtual formatda təqdim edirlər.Bizim Natiqlər proqramımız müxtəlif sahələrdə ABŞ mütəxəssislərinin məruzə və təlimlərini təşkil etməyə imkan yaradır. Bunlardan başqa 3 Education USA (ABŞ-da Təhsil) mərkəzimiz var. Onlar yalnız xaricdə təhsili təbliğ etmir, həmçinin tələbələrə ABŞ-da məktəblərə müraciət etməyə və imtahanlara hazırlaşmağa kömək edir. Bütün bu sadalananlar bizim təhsilə yanaşmamızın əsasını təşkil edir. Biz bu imkanları təklif etməyə davam edəcəyik; onların əsasında daha çox onlayn kurslar, daha çox İngilis dili mikro-təqaüd proqramları qrupları, daha çox məruzəçilər, ingilis dili müəllimləri üçün daha çox təlim və regionlarda daha çox təhsil imkanlarını təşkil etməyə davam edəcəyik. Biz ABŞ-da təhsil almış məzunlarımızı könüllü olmağa və təhsillə bağlı layihələr həyata keçirməyə dəvət edirik və bu işi görmək üçün onlara qrantlar təklif edirik. Bakıdakı səfirliyimiz hal-hazırda regionlarda məcburi köçkünlərə yay dil düşərgəsi təşkil etməyi təklif edir”.
Aynur Bayramova
DİGƏR XƏBƏRLƏR