Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində Hacıqabul rayonunun Meyniman kəndi ərazisində Axtaçı Şirvan kənd sakini C.Quliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə evinin qarşısında dayanmış kənd sakinləri Esmira Əhədovanı və onun azyaşlı oğlunu vurub.
Nəticədə E.Əhədova hadisə yerində ölüb, uşaq xəstəxanaya yerləşdirilib.
Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(trend)
DİGƏR XƏBƏRLƏR