“Zolotaya Korona” sistemilə həyata keçirilən əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması bankları yeni bir qərar qəbul etməyə vadar edib. Simsar.az “Xalq Bank” ASC-yə istinadən xəbər verir ki, birgə qəbul etdilən bu qərara əsasən, yanvar ayının 15-dən bu pulköçürmə sistemi üzrə xidmətlər dayandırılır.
“Zolotaya Korona” sistemi ilə əməkdaşlığı dayandıran banklar isə Azərbaycan Beynəlxalq Bankı, “Xalq Bank”, “Kapital Bank”, “Bank Standard”, “Bank Technique”, “Bank Respublika”, “Unibank”, “Dəmirbank”, “Muğan Bank”, “Bank of Baku”, “AtaBank”, “Accessbank” və “Bank of Azerbaijan”dır.
Bankların “Zolotaya Korona” sistemi ilə 2013-cü il ərzində davam edən danışıqları müsbət nəticə verməyib. Bu səbəbdən banklar adıçəkilən sistem üzrə xidməti dayandırmaq qərarını verməyə məcbur olub.
Simsar.az
DİGƏR XƏBƏRLƏR