III Napoleonun ölümündən 141 il keçir.
Fransa imperiyası tarixində iz qoymuş III Napoleon-Şarl Lui Napoleon Bonapart Hollandiya kralı Lui Bonapartın oğlu eyni zamanda I Napoleonun qardaşı oğludur. Anası Hortenziya de Boharne də I Napoleon nəslinə aid olub Napoleon Bonapartın ögey qızı sayılır. Şarl Lui Napoleon Bonapart adı altında dünyaya gəlsə də onun Lui Filippin qanunsuz oğlu olması barədə coxlu fərziyələr mövcuddur. I Napoleonun saray iqamətgahında anasının təsiri altında böyüyən Şarl, Napoleon Bonaparta rəğbət ruhunda tərbiyə almışdır. Təbiətcə mülayim, yumuşaq, əliaçıq xasiyyətli olsa da nadir hallarda özündən çıxardı.
Napoleon ideyalarına sədaqətliliyi onu hakimiyyət hərisinə çevirir və bu yolda maneələri inamla, qətiyyətlə dəf edərdi. Bunun üçün istənilən üsula əl atmaqdan çəkinməzdi. Lui Napoleon 1848-ci il fevral inqilabından sonra Fransaya dönərək sosial ədalətlilik və milli böyüklük şüarları altında demokratik yolla hakimiyyətə gəlməyə çalışır. Dekabr ayında keçirilən prezident seçkilərində rəqibi Lui Ejen Kavenyaka qalib gəlir. 1849-cu ildə Lui Napoleon, qoşunları İtaliya üzərinə yeridərək kilsə-dövlət statusunu yenidən bərpa etməyə çalışır. Nəhayət iyulun 2-sində Roma ələ keçirilir. Hakimiyyətinin sona çatmasına az qalmış Lui Napoleon 1851-ci il dekabrın 2-də dövlət çevrilişi edərək, xalq səsverməsini ortaya qoyur. Bir il sonra, noyabr 21-də imperiyanın bərpa edilməsi səs çoxluğu ilə təsdiqlənərək Lui Napoleon 2 dekabr tarixində Fransa İmperatoru III Napoleon adlandırılır.
1870-ci ildə Prussiya və Fransa arasında gərginlik yaranır. Beumont döyüşündən sonra Metç qalasına qayıdarkən prussiyalılar tərəfindən mühasirəyə alınır. Və Sedan döyüşündə əsir düşür. Bu hadisədən iki gün sonra Fransada III respublika elan edilir. III Napoleon Prussiya truppası tərəfindən Kasselə gətirilir. Müharibə fransızların məğlubiyyəti ilə bitir. Sülh müqaviləsindən sonra azad buraxılan Napoleon Çizelherstə gedərək ömrünün sonuna kimi orada yaşayır.
Yanvarın 6-da sidik kisəsindən əməliyyat olunur. Yanvarın 9-da təkrar əməliyyat zamanı ürək çatışmazlığından vəfat edir.
III Napoleon Müqəddəs Mişel Abbatlığında dəfn edilib.
Turanə İbrahimi
DİGƏR XƏBƏRLƏR