Simsar.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmə vaxtını açıqlayıb. Sınaq imtahanlarına qeydiyyat mart ayının 27-dən etibarən aparılacaq. Aprelin 6-da və 13-də isə abituriyentlər üçün sınaq imtahanı keçiriləcək.
Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartını bütün mobil operatorlardan 7735 nömrəsinə SMS göndərməklə əldə etmək olar.
Qeyd edək ki, sınaq imtahanlarına qeydiyyatla bağlı ilkin məlumatları TQDK-nın rəsmi facebook səhifəsindən öyrənə biləcəksiniz.
Aysel Kərimova
DİGƏR XƏBƏRLƏR