Bizim planetimizdə çoxsaylı gözəl canlılar yaşayırlar. Alimlər artıq uzun müddətdir ki, onlardan hansının ən ağıllı olduğunu araşdırırlar. Simsar.az alimlərin “Dünyanın 10 ən ağıllı heyvanı” hesab etdiyi heyvanların siyahısını və onlar haqqında məlumatı sizə təqdim edir. Ən ağıllı heyvanlar silsiləsindən 5-ci yerin sahibi – QARĞA
5-ci yer: Qarğa
Qarğalar çox ağıllı heyvanlardır. Alimlər hesab edirlər ki, qarğaların analitik fikirləşmə qabiliyyəti heç də primatlardan geri qalmır. Onlar hər yerə adaptasiya oluna bilirlər və insanlarla yan-yana yaşamağa öyrəşiblər. Onlar bütün planetdə mövcüddular (Antarktika istinaddır). Qəribəsi odur ki, onlar insanlarla yan-yana yaşamağı özləri seçirlər. Qarğalar insanlar kimi işıqforun hansı işığında keçməli olduqlarını bilirlər, yığdıqları qozları yolun ortasına qoyaraq avtomobilin qozun üzərindən keçib qırmasını gözləyirlər. Daha sonra onlar səbrlə lazımı işığı gözləyərək yola qoyduqları qozu götürürlər. Həmçinin qarğalar bir birilərindən öyrənə bilirlər. Bu fantastik bir faktdır!Həmçinin onlar ağaclardan ilişib qalmış yemi taxta parçaları ilə çıxara bilirlər. Qarğaların yaddaşı demək olar ki, bütün heyvanların yaddaşından üstündür. Aparılan eksperimentlər bunu təstiq edir. Bir qrup tələbə fərqli qarğaları tələ vasitəsiylə tutublar. Çəkilərin ölçdükdən sonra onları azad ediblər, lakin qarğalar onları tutan tələbələrə daha sonra mütəmadi olaraq hücum çəkiblər. Onların ağılları insanlarının arasında yaşamağa və hətta inkişaf etməyə kömək olub.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR