Bizim planetimizdə çoxsaylı canlı yaşayır. Alimlər artıq uzun müddətdir ki, onlardan hansının ən ağıllı olduğunu araşdırırlar. Simsar.az alimlərin “Dünyanın 10 ən ağıllı heyvanı” hesab etdiyi heyvanların siyahısını və onlar haqqında məlumatı sizə təqdim edir. Və nəhayət siyahımızın sonuna çatdıq. Dünyanın ən ağıllı 10 heyvanı sırasında ilk yerin sahibi şimpanzedir.
1-ci yer: ŞİMPANZELƏR
Bu insanabənzər meymunlar ən çox əl altında olan vasitələrdən istifadə edən heyvandır. Bu növ 26-dan artıq vasitədən istifadə edə bilir. Daş çəkiclərdən tutmuş termit çıxaran taxtalara qədər. Ən maraqlısı şimpanzelərin nizə hazırlamalarıdır. Onlar düzgün uzunluqda budaqları seçib üstlərindən bütün yarpaqları təmizləyirlər. Hətta Ayova və Kembric universitetinin alimləri bir neçə dəfə şimpanzenin nizə ilə digər heyvanlara hücum etdiyin görüblər. Bu isə dərrakəli insanın atdığı ilk addımların təkrarıdır. Oranqutan, delfin və fillər kimi şimpanze özünü güzgüdə tanıya bilir. Şimpanzelərlə test keçiriblər. Plastik şüşənin dibinə tökülmüş qozları 43şimpanzenin önünə qoyublar. Onlardan 14-ü şüşədən qozu çıxarmaq üçün ağızlarına su alıb şüşənin içinə tüpürüblər. Şimpanzelərin qozların suyla şüşənin ağzına qalxacağını bilmələri maraq doğurur.
Bununla da “Dünyanın 10 ən ağıllı heyvanı” haqqında məlumatları yekunlaşdırdıq.
Mələk Abbaszadə
DİGƏR XƏBƏRLƏR