Milli Məclisin bugünkü iclasında şəxsiyyət vəsiqəmsinin veriləməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edildi. Simsar.az xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev məlumat verib. Qeyd olunub ki, bundan sonra vətəndaşların şəxsiyyət vədiqəsini 10 gün müddətinə verilməsi və ya dəyişdirilməsinə görə 5 manat, 3 gün müddətində 25, bir iş gün müddətində isə 35 manat dövlət rüsumu nəzərdə tutulur. Millət vəkilinin sözlərinə görə, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 16 may 2013-cü il sərəncamnın 1.2-ci bəndini icra etmək məqsədilə təklif edilir. “Yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, dövlət rüsumunun məbləği və onun hazırlanmasına xərclər nəzərdə tutur. Qanun 2005-ci ilin dekabrın 1-dən qüvvəyən minib. Təklif olunan dəyişikliklər komitədə müzakirə olunub və yekdilliklə qəbul olunub”.
Elmar Hüseynov
DİGƏR XƏBƏRLƏR