Əməkdar artist, müğənni və bəstəkar, hər zaman özünəməxsus yenilikləri və maraqlı layihələri ilə tamaşaçılarını sevindirən Tünzalə Ağayeva yaxın günlərdə yeni layihəsini təqdim edəcək.Simsar.az xəbər verir ki, Sura adlı, istedadlı gənc bir qızı yaxın günlərdə Tünzalə xanım mediaya və tamaşaçılarına təqdim etməyə söz verib.Sura haqqında o bunları söylədi: “Sura ilə ilk tanış olduğum vaxtdan onun istedadlı, mənəviyyatı zəngin, fərqli dünya görünüşlü olduğunu gördüm və onunla ünsiyyətimiz çox səmimiləşdi. 21-ci əsrin gəncinə bəlkə də xas olmayan tərzləri və xasiyyətləri var. Deyərdim ki, günümüzdə H.Caviddən oxuduğum "Gülbahar"a rast gəlmişəm. Sura çox gözəl şer yazır, onlardan birinə də mən
həvəslə musiqi bəstələdim. Qeyd edim ki, Suranın olduqca məlahətli və fərqli səsi var. Heç zaman səhnə görməyən, müğənnilik etməyən Sura ilk mahnısını oxuyacaq. Yaxın günlərdə, əvvəlcə mediaya sonra tamaşaçılarımıza sözləri Suraya, musiqisi mənə aid olan "Qovuş Ona"adlı dueti təqdim edəcəyəm. Türkiyədə artıq bu mahnının klipi də çəkilib”.
Klipi Türkiyədə tanınmış rejisor Taylan Gurel çəkib.Operatorluğu Murat Bayraktaroğlu edib.
Tünzalə xanım Türkiyədəki bütün çəkiliş heyətinə dərim təşəkkürünü bildirib, bu duetin və klipin insanlara gözəl mesajlar, hisslər ötürəcəyinə inanır.
DİGƏR XƏBƏRLƏR