Bu gün futbol üzrə 20-ci Dünya Çempionatı start götrür
Simsar.az xəbər verir ki, yarışın açılış matçında Braziliya və Xorvatiya milliləri üz-üzə gələcəklər. İndiyədək sözügedən yarışın 5 dəfə qalibi olan “sambaçılar” matçın favoritidirlər. Balkan təmsilçisi isə meydan sahibləri ilə görüşdə uğurlu nəticəyə ümid edir.
Matçı Yaponiya Futbol Federasiyasından Yuiti Nişimura idarə edəcək. San-Paulo şəhərinin “Arena Korintians” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 01:00-da səslənəcək.
“A” qrupu
01:00. Braziliya – Xorvatiya
Hakim: Yuiti Nişimura
San-Paulo, “Arena Korintians”
Vüsal Məmmədzadə
DİGƏR XƏBƏRLƏR