"İnter" və AFFA-nın təşkilatçılığı ilə Bakıda təşkil olunan İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir
Simsar.az xəbər verir ki, bu gün turnirdə qrup mərhələsinin son turunun oyunları keçirilir.
Turnirə ev sahibliyi edən "İnter" üçüncü oyununda "Rubin"lə qarşılaşacaq. Qrupun digər oyununda "Ayntraxt"la "Vilyarreal" üz-üzə gələcək.
“B” qrupunda isə artıq bir oyun keçirilib. "Dinamo" "Karpatı" ilə qarşılaşmadan qalib ayrılıb. Bu qrupun digər matçında isə "Partizan"la "Beşiktaş" qarşılaşacaq.
18 iyun
A qrupu
Rubin (Rusiya)- İnter (Azərbaycan)
Ayntraxt (Almaniya) - Vilyarreal (İspaniya)
Ayntraxt - 6, Vilyarreal - 4, İnter - 1, Rubin - 0.
B qrupu
Dinamo (Gürcüstan) - Karpatı (Ukrayna) - 3:1
Partizan (Serbiya) - Beşiktaş (Türkiyə)
Partizan - 6, Beşiktaş - 4, Dinamo - 1, Karpatı - 0.
DİGƏR XƏBƏRLƏR