Beynəlxalq Mətbuat Mərkəzində müğənni Xumar Qədimovanın "Əl-ələ tut gedək" adlı diskinin təqdimat mərasimi keçirilib. Simsar.az xəbər verir ki, tədbirə şairə Sona Vəliyeva, jurnalist, pedaqoq Qulu Məhərrəmli, jurnalist Rəşad Məcid və jurnalist Flora Xəlilzadə qatılıblar. Tədbiri açan R. Məcid "Əl-ələ tut gedək" mahnısını iki xanım - S. Vəliyeva və X. Qədimovanın birgə işi adlandırıb. Sözləri S. Vəliyeva, musiqisi X. Qədimovaya məxsus yeni mahnı müğənninin repertuarına yeni daxil olub. R. Məcid bildirib ki, bu iki xanımın ilk işbirliyi deyil. Hələ bir neçə il bundan əvvəl onlar "Şükr ki, ölməmişəm" adlı mahnı ilə yaradıcı birliyə başlıyıblar:"Xumar xaımın səsi mənim üçün üst pillədə durur. Bu təkcə ona görə deyil ki, Xumar xanım ötən il mənim "Bir də gəlməyəcək mənim tək qadın" şerimə mahnı bəstələyib və ifa edib. Bu qadın xarizmatikdir, sirli-sehirlidir. Qəfil yox olur və qəfil çıxır. Məlum olur ki, yoxa çıxdığı zaman gözəl bir sənət əsəri ərsəyə gətirirmiş".
S. Vəliyeva isə X. Qədimova ilə işbirliyindən məmnun olduğunu bildirib. O qeyd edib ki, Xumar xanımla bir çox uğurlu yaradıcı işlər görmək olar: "Mahnı elə zəngulələrlə oxunur ki, adamın ürəyində qaysağı qurumayan yaraya çevrilir. Mən xumar xanıma təşəkkür edirəm. Əgər bu şür onun qəlbinə təsir edibsə bu məni sevindirir. Əlbəttə bu mahnı bir dərdi əks etdirir .Dərdimiz bizi birləşdirir".
Tədbirdə "Əl-ələ tut gedək" kompozidiyası nümayiş etdirilib. Mahnını Əvəz aranjeman edib. Kompozisiya "Saval" qrupu, Xalq artisti Alim Qasımov və Xalq artisti Nurəddin Mehdixanlının iştirakı ilə ərsəyə gəlib. "Şükr ki,ölməmiş" deyərək çıxışa başlayan X. Qədimova, S. Vəliyeva ilə növbəti möhtəşəm işbirliyi olacağını dedi: "Sona xanımla olan yeni işimiz məni dəli edib. Çox danışmaq istəmirəm. Görəcəksiz".
Qeyd edək ki, kompozisiyaya Ramil Ağasıyev quruluş verib.
Ümidə
DİGƏR XƏBƏRLƏR