27 İyul, 2011
BAKIDA HÜNDÜRMƏRTƏBƏLİ BİNADA YANĞIN OLUB

Hadisə nəticəsində xəsarət alan olmayıb

Bu gün saat 12:20 radələrində Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən 13 mərtəbəli binada yanğın olub. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın binanın 10-cu mərtəbəsinin liftində baş verib. Hadisə yerinə I çağırışla 4 yanğınsöndürən maşın yollanıb və yanğın məhdudlaşdırılaraq söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına texniki problem səbəb olub.

ANS

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!