22 İyul, 2011
Tələbə olmağın sonuncu günü

İmtahan 4 şəhərdə keçiriləcək

İyulun 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə imtahan keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə və Şəki şəhərlərində təşkil olunur.


II ixtisas qrupu üzrə 26397 abituriyent imtahan verir. Onların 23524-ü Azərbaycan, 2873-ü isə rus bölməsinin məzunudur. 17109 nəfər oğlan, 19288 nəfər isə qızdır.


Qeyd edək ki, bu, iyulun 3-də III ixtisas qrupu, iyulun 10-da I ixtisas qrupu, iyulun 16-da IV ixtisas qrupu üzrə imtahanlar keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!