6 İyul, 2011
Nazim İbrahimov İrana diqqət çəkdi

Komitə sədri QHT və jurnalistlərə səsləndi

“Qeyri-hökumət təşkilatları (QHT) və mətbuat Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemlərinə diqqət yetirməlidır”.

Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. O deyib ki, Azərbaycan dövləti İranın daxili işlərinə qarışa bilməz: "İran Azərbaycana dost və qonşu ölkədir. Amma QHT-lər söylədikləri fikirlərdə və atdıqları addımlarda sərbəstdirlər. Düşünürəm ki, QHT-lər və mətbuat Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problemlərinə diqqət yetirməlidir”.

Nazim İbrahimov söyləyib ki, rəhbərlik etdiyi komitə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla işləyir və onların fəaliyyətlərini yaxından izləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!