6 İyun, 2011
Yasamalda bina partladı

Ölən yoxdur

Bakıda yaşayış binasında partlayış olub.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14.30 radələrində, Şərifzadə küçəsi, 26 ünvanında, İnşaatçılar metrosunun yaxınlığında yerləşən yeni inşa olunan hündür mərtəbəli yaşayış binasında qeydə alınıb.

Binanın 5-ci mərtəbəsində baş vermiş partlayış nəticəsində dağıntı olub, xəsarət alanlar var. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və həkim briqadası gəlib. Araşdırmalar davam etdirilir.

Məlumata görə, partlayış baş verən bina yeni inşa edildiyi üçün həmin binaya təbii qaz çəkilməyib. Partlayışın səbəbləri hələlik məlum deyil.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasında APA-ya bildirilib ki, hadisə yerinə cəlb edilmiş tibbi yardım maşınları 5 yaralını xəstəxanaya aparıb. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!