23 Aprel, 2017
Xaçmazda 5 otaqlı ev yanıb

Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!