Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.