20 Dekabr, 2016
Rusiya nümayəndə heyəti Ankaraya gəlir

Rusiya nümayəndə heyəti ölkənin Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdlə öldürülməsini araşdımaq üçün Ankaraya yola düşüb.

Simsar.az "Haber7"yə istinadən xəbər verir ki, mütəxəssislərdən ibarət nümayəndə heyətinin tərkibində məhkəmə tibbi eksperti də var.

Qeyd edək ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı sui-qəsd nəticəsində öldürülüb. Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!